Balakən, Biləsuvar, Cəbrayıl, Əli Bayramlı, Şəki, Zəngilan
1. Yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer (Balakən, Biləsuvar, Cəbrayıl, Zəngilan). □ Ramazan inəx'ləri ağıla salıb darvazanı bərkitdi (Balakən); Bala, malları sal ağıla (Zəngilan); Mən bu ağıla qoyun salmaram (Cəbrayıl).
2. Qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer (Əli Bayramlı). □ Ağıl çox mö:kəm tikilmişdi, içəri heç külək də keçməzzi.
3. Tövlə (Şəki). □ İnəyi ağıla bağli:f qavağına ot töhdü.
Azərbaycan dilinin dialektoloji lüğəti