Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

balax1

Ağdam, Culfa, Gəncə, Kürdəmir, Qazax

Bax: balağ1.

balax2

Qax, Şəki, Zaqatala

Ot adı. □ Qişə balax yığmasax malmı saxlamax olar? (Qax); Balağı mal yaxşı yiyir; İki arava balax çalıf tapiyə yığmışux (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti

balatı

Ağdam, Daşkəsən, Gədəbəy, Gəncə, Qax, Qazax, Mingəçevir, Şəki, Təbriz, Ucar, Yevlax, Zaqatala

Bax: balata2. □ Az, balatı qoy xamır yoğurajam (Qazax); Obaşdan balatı aləcəm, çörək pişrəcəm (Qax); Xamıra balatı qatmasan çörə:n içi linc olar (Daşkəsən); Balatı salıyıx xamra, aciyi (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti