Bakı, Cənubi Azərbaycan, Gədəbəy, İmişli, Kürdəmir, Qax, Salyan, Şamaxı, Tovuz
Həmişə, daima. □ İşə zol məyi yolleyırsan (İmişli); O, zol köntö-köntö danışır (Bakr); Zol sən gileylənersən mənnən (Gədəbəy); Sənə zol dimişəm, küçədə oynama (Salyan).
Bərdə, Daşkəsən, Dəvəçi, Füzuli, Gədəbəy, Kürdəmir, Meğri, Salyan, Tovuz
Göndən uzununa kəsilmiş müəyyən hissə. □ Bir zol gönnən üş cüt çarıx çıxır (Bərdə); Bu gönnən neçə zol çıxartmağ olu? (Gədəbəy); O gönnən bi zol mə: kəs (Salyan).
Şəki
Baramaqurdunun üzərinə yarpaq döşəyərək düzəldilmiş ara. □ Qurt (baramaqurdu) bir az bö.yənnən sora yeyif <yayıb> zol düzəldiylər.
Cənubi Azərbaycan, Göyçay, Kəlbəcər, Quba, Mingəçevir
Düz, birbaşa. □ Qulaməli zol getdi, heç qayıtmadi (Cənubi Azərbaycan).
Azərbaycan dilinin dialektoloji lüğətiBasarkeçər, Çənbərək, Gədəbəy, Karvansaray, Qazax, Meğri, Ordubad, Şəmkir, Tovuz, Zəngilan
1. Qoz çırpmaq üçün uzun ağac (Gədəbəy, Qazax, Meğri, Ordubad, Şəmkir, Tovuz). □ Barmaxları elə bil zoladı (Gədəbəy); Mən çıxım cəvizə, sən də zolanı ver ma: (Meğri).
2. Evin üstünə vurulan ağac, pərdi (Basarkeçər, Çənbərək, Karvansaray, Zəngilan). □ Zolıyı gətirin, vurax evin üsdə (Zəngilan); Kəlvəcərdən bir zola gətirdim damın üsdün basırmağ üçün (Basarkeçər).
Azərbaycan dilinin dialektoloji lüğəti