Cəlilabad, Oğuz
Başqa. □ Maha icazə ver, yan yerə gedəsiyəm (Oğuz); Mən onnan danışdım, gəldim, o, yan yerə getdi; Miyəllim diyən bı qağa yan yerdən gəlib, heləmi? (Cəlilabad).
Cəlilabad
Hissə. □ Bı cücəni üç yana böləcəkdüg.
Cəbrayıl
Hananın dayaq ağacı.
Azərbaycan dilinin dialektoloji lüğətiBərdə, Borçalı, Xocavənd, Kürdəmir, Qazax, Qarakilsə, Quba, Tovuz
Köməkçi. □ Yançı olmasa, çovan, sığırçı işdiyəmməz (Borçalı); Xanatoxuyanın ya:nda yançı olor (Qazax); Bu xalçanı yançı olmasa, toxumax çətin olar (Bərdə); Axıracan oturufi hanıya köməy eliyənə yançı deyrix' (Xocavend); Xalı toxumağ üçün yançı tuturuğ (Kürdəmir).
Qazax
Çoxdanışan. □ Çoxdanışan arvada biz yançı arvat, çəngi arvat deərix'.
Quba, Oğuz
Kənar adam. □ İkisi qapışır, yançı gəlir ayırtdaşdırır (Oğuz); Mən sənə yançıyam ki, mənim üsdümə gələsən! (Quba).
Qax, Zaqatala
Sağdış, soldış.
Azərbaycan dilinin dialektoloji lüğəti