Ağdam, Başkeçid, Borçalı, Çənbərək, Füzuli, Gədəbəy, Qazax, Tovuz
Yeməli yabanı bitki adı. □ Bizim evin yanında çoxlu xımı bitif (Ağdam); Xımıyı soyullar, turşuya qoyullar (Borçalı); Xımı yaman şirin olur (Tovuz).
Cəlilabad
İkiüzlü. □ Xımı odu ki, üzdə belə de:y, arxada ayrı cur.
Çənbərək
Sirsaxlayan. □ Kişi xımı olsun gərəx', olmadı gərəhməzdi.
Azərbaycan dilinin dialektoloji lüğəti