Ağbaba, Ağcabədi, Xaçmaz, Qax, Oğuz, Zəngilan
Ürəyi darıxmaq, hava çatmamaq, təngnəfəs olmaq, boğulmaq. □ Əlinin başını suya basdım, o da suda tıncıxdı (Ağcabədi); Kök adam həməşə tıncıxar (Ağbaba); İsdidən adam tıncıxır (Zəngilan); A bala, qapını aç, mən lap tıncıxdım (Qax).
Şəki
məc. Bezmək, təngə gəlmək. □ O qədər tıncıxdı ki, axırda heylə qoyuf getdi.
Azərbaycan dilinin dialektoloji lüğəti