Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

təpərə

Şahbuz, Şərur

Bax: təpəran□ Hə:ti süpür, yığ təpəriyə, apar at küllüyə, gə.

Azərbaycan dilinin dialektoloji lüğəti

təpməx'1

Kürdəmir, Tərtər, Zəngilan

Bax: təpbək2 Böyün bağ təpeyssı:z? (Zəngilan); Məktəbin bağında xeyli yer təpdim (Kürdəmir); Cijim baxçada yer təpir (Tərtər).

təpməx'2

Bərdə, Xanlar

1.Bax: təpbək2.

2. Südünü qurutmaqla əlaqədar olaraq balasını əmməyə qoymamaq. □ Gamışımız təpif (Bərdə); Bizim inəx' də bu il çox tez təpdi.

təpməx'3

Xanlar

Hücum etmək, soxulmaq. □ Altı çanavariydi, biri təpdi qoyuna.

Azərbaycan dilinin dialektoloji lüğəti