Gədəbəy, Qafan, Qax, Qazax, Mingəçevir, Oğuz, Ordubad, Salyan, Şəki, Şəmkir, Zaqatala
Ölçü vahidi adı. □ On tağar ağa götürürdü, iki tağar da atama irəncbərpayı verirdi (Qazax); Mə:m əməx' günümə ildə dört-beş tağar dən düşür (Ordubad); Bıldırrarı qalxozdan beş tağar qartov aldım əməx'gününə (Gədəbəy); Qabax taxılı tağarnan ölçəllərdi, indi tonnan ölçüllər (Salyan); Otuz çanağın bir tağardı (Şəmkir); Tağarı un manıta taxıl satılıf (Şəki).
Azərbaycan dilinin dialektoloji lüğətiBalakən, Cəbrayıl, Göyçay, Qarakilsə, Qazax, Laçın, Ordubad, Şəki, Şuşa
1. Əkin sahəsində zolaq, əkin sahəsinin bərabər hissələri (Balakən, Göyçay, Qarakilsə, Ordubad, Şəki, Şuşa). □ Bizim briqada bu gün iki taxda tütün şitili basdırdı (Balakən); Taxdalarda əkin əx'mişəm (Qarakilsə); Bi taxda yer belləmişux soğan ehmağa; Əlli taxda çəltix yerimiz olardı o vaxda (Şəki); Həşim öz taxtasını şumnuyur (Şuşa).
2. Dağavar yerdə düzənlik hissə, otlaq sahəsi (Cəbrayıl, Qazax, Laçın). □ Biyil dəlləx' taxdasında çoxlu ot var (Qazax); Bizim qoyun bu sa:t taxdada otduyur (Laçın); Mal-qara taxdıyayayılıb (Cəbrayıl).
3. Qadın tumanının, yorğanın üzünün bərabər hissələri. □ Yorğanın üzünə üş taxda çit işlənir (Ağdam); Mənim tumanım beş taxdadı (Şamaxı); Qabaxlar on iki taxdadan tuman geyərdix' (Şuşa); Bu taxdadan sonra hananı kəsəjiyix' (Cəbrayıl).
Azərbaycan dilinin dialektoloji lüğəti