Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

teyxa1

Ağdam, Bərdə, Cəbrayıl, Culfa, Kəlbəcər, Kürdəmir, Laçın, Tovuz, Zəngilan

Bax: teyjə Bu qənd teyxa nö:ütdü, munnan çay işməx' olmaz (Ağdam); Ət teyxa yağdı (Bərdə); Bu yer teyxa əkilifdi (Kəlbəcər); Hər yer teyxa qardı (Laçın); Kolxozun ferması teyxa ağ quşdu (Cəbrayıl).

teyxa2

Tovuz

Yalnız, təkcə. □ Mən teyxa onu görməx'dən ötrün gəlmişdim.

teyxa3

Zəngilan

Yavan. □ Çörəyi teyxa yemə, yağnan ye.

Azərbaycan dilinin dialektoloji lüğəti

teyxə

Meğri

Bax: teyjə□ Bu ət teyxə əlengədi, sümüx’dü.

Azərbaycan dilinin dialektoloji lüğəti

teyin1

Şəki

Bax: tejim. □ Teyin gəl bir yerdə gidax.

teyin2

Naxçıvan

Qədər. □ Bırdan Nəzərəbata teyin qaşdım.

Azərbaycan dilinin dialektoloji lüğəti

teyləməx'1

Gəncə, Qazax, Tovuz

Bax: teyləməğ. □ İrrini yareyi teyliyellər (Qazax); Əzizinəm neynərəm, xancal alıf qarabağrım teylərəm, bir canım var sana qurvan eylərəm (Tovuz).

teyləməx'2

Gəncə, Hamamlı, Qazax, Tovuz

Qovmaq. □ Sürünü teylə dağa tərəf (Gəncə); O heyvannarı o:ana teylə, gəlif bosdana girər (Tovuz).

Azərbaycan dilinin dialektoloji lüğəti