Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, Göyçay, Hamamlı, Qusar, Lənkəran, Mingəçevir, Oğuz, Salyan, Zaqatala, Zəngilan
1. Aşıq-aşıq oyununda istifadə edilən iri, seçmə aşıq (Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, Göyçay, Hamamlı, Qusar, Lənkəran, Mingəçevir, Salyan, Zəngilan). □ Saqqani tuşdeyeydüg vireydüg (Cəlilabad); Saqqa başqa aşığlardan ağır olur (Salyan); İdris qoyunun qıçınnan bir saqqa çıxardı (Əli Bayramlı); Mənim üç yaxşı saqqam var (Cəbrayıl); Bı saqqa məndə olsa, hamını aparram (Zəngilan).
2. Qalaqurma oyununda istifadə edilən iki seçmə qoz (Mingəçevir, Oğuz, Şəki).
Füzuli
Tərs, höcət. □ Vəli yaman saqqa adamdı.
Azərbaycan dilinin dialektoloji lüğəti