Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

səvərə

Culfa, Çənbərək, Naxçıvan, Ordubad, Şahbuz, Şərur

1. Bax: səvər.

2. Küləş və sairədən toxunmuş çörəkqabı. □ Səvərəni ağaşdan da qayrallar, küləşdən də qayrallar (Naxçıvan); Bir səvərə morcalax yığıf qız (Çənbərək); Cildən səvərə qayrıllar (Şərur); Çörəyləri yığ səvərənin içinə, apar qoy unnuğun üstə (Şahbuz); Səvəriyə üzüm yığıllar (Culfa); Dünən dayoğlum Vənənnən bir səvərə ərik gətirmişdi (Ordubad).

Azərbaycan dilinin dialektoloji lüğəti

səvi1

Başkeçid, Borçalı, Kəlbəcər, Qazax, Mingəçevir, Şəki, Zaqatala

Bax: səbi1 Səvi bir-iki aylığ uşağa de:rix' (Borçalı); O şəvinin üzünü ört (Kəlbəcər); Bes u:n səvisinə kim baxasıdı? (Şəki); Sən hələ şəvisən, heylə şeyləri qammazsan (Zaqatala).

səvi2

Başkeçid, Qazax

Bax: səbi2 (2-ci mənaya).

Azərbaycan dilinin dialektoloji lüğəti