Astara, Füzuli, Gədəbəy, Qazax, Lənkəran, Şəki, Tovuz
Həyasız. □ Onun bir ləçər arvadı var, nə dağda, nə də aranda onnan qonşu olmağ xatabaladı (Qazax); Sitarə yaman ləçər arvatdı (Şəki).
Astara, Lənkəran
Acgöz. □ Ləçər adamdı bizim bu Dada yaman (Lənkəran).
Azərbaycan dilinin dialektoloji lüğəti