Cəlilabad, Əli Bayramlı
Böyük mişar. □ Hərə biz deyüg iri mişar oley ona (Cəlilabad).
Kürdəmir, Salyan
Cərgə, sıra. □ İki hərə bossan əkmişəm; Qalxozpambığı hərəynən əkib (Kürdəmir).
Salyan
Kotanın açdığı şırım.
Culfa, Qarakilsə
Taxça, rəf. □ Hərəyə samavar, istəkan, nəmnə qoyarıx; Hərə duharda olar, ora qab-qaşıx qoyarıx; Hərə axçadan qəvliyətdi olur (Culfa).
Azərbaycan dilinin dialektoloji lüğəti