Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dəngil-düngül1

Bakı, Qarakilsə, Quba, Sabirabad

Bax: dəngiz-düngüz.  Əkinin içində dəngil-düngül alağ var (Bakı); Yaxşı yağış ülmiyəndə taxıl dəngil-düngül bitədü (Quba); Ağaşdarda meyvə bıyıl dəngil-düngüldü, görmürsən? (Qarakilsə).

dəngil-düngül2

Bakı

Çala-çuxur. □ Adə, bu həyətin yeri nə yaman dəngil-düngüldü, heç gəzməg olmur ki.

Azərbaycan dilinin dialektoloji lüğəti

dəngül

Cəlilabad, Lənkəran

Bax: danqıl Çox dəngül adammışsan (Lənkəran); Zibeydə yaman dəngül qızzı (Cəlilabad).

Azərbaycan dilinin dialektoloji lüğəti

dəno

Naxçıvan, İrəvan

Bax: dənab.  Buğdaların dəno vaxdıdı, ay bir su olaydı, dəno:nu verəydik (İrəvan); Dəno verərdıx yetişəndə ki, dən bağlasın belə (Naxçıvan).

Azərbaycan dilinin dialektoloji lüğəti