Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dəmyəl

Gədəbəy

Bax: dəmğəl□ Dəmyəl adamın gözünnən dəysin elə azar.

Azərbaycan dilinin dialektoloji lüğəti

dəndənə1

Kürdəmir, Şəki

1. Bax: dəndə (Şəki).

2. Nərdivanın pillələri (Kürdəmir).  Ayağu: düz bas dəndəniyə, yıxılarsan; Təkərin dəndənəsi sınmışdı.

dəndənə2

Qax

Ağılsız.  Dəndənə olmasa, əlindəkin paylamaz.

dəndənə3

Ucar

Böyük mis kasa.  Dəndənədən qatığı tök, ver mənə.

dəndənə4

Hamamlı

Səhəngin oturacağı.  Buy, sənəx' əlimnən düşdü, dəndənəsi sındı.

Azərbaycan dilinin dialektoloji lüğəti