Hamamlı, Oğuz
Mal aşığı. □ Danqa mal aşığına deyərix', qoç aşığına saqqa (Hamamlı).
Naxçıvan, Şərur
1. Böyük- böyük danışan, lovğa (Şərur). □ Nə danqa adamdı a.
2. Sözə baxmayan, dikbaş, söz qaytaran (Naxçıvan). □ İsanın oğlu No:ruz çox danqadı.
Həmçinin bax:
Azərbaycan dilinin dialektoloji lüğəti