Başkeçid, Borçalı, Gədəbəy, Hamamlı, İmişli, Tovuz
Lovğalanmaq, ədabazlıq eləmək, özünü başqalarından yüksək tutmaq. □ Ruziyə elə dambatdaner ki, elə bil atasın, anasın tanıyan yoxdu (Tovuz); Nə dambatdanersan, a bala, görmüyüfsənmi nənəni, bavanı? (Gədəbəy); Ə, nə dambatdanersan? (Borçalı); Bilmirəm no:luf bizim bu Alıya, yaman dambatdanır (Hamamlı).
Azərbaycan dilinin dialektoloji lüğəti