Şamaxı, Ucar
Kiçik baş şalı. □ Mə: bir boğazaltı da almırsız (Ucar); Boğazaltımı Suğrabəyim birovuz apardı (Şamaxı).
Gəncə, Şuşa
Qadınların boyunlarına taxdıqları qızıl zinət. □ Hürnisənin boğazaltısını dünəncə:z oğurruyuflar (Gəncə); Toyumuzda qaynım ma: bir boğazaltı alıf bağışdamışdı (Şuşa).
İmişli, Şuşa, Tovuz
1. Yüyənin hissəsi, atın boğazının altından keçən qayış (İmişli, Şuşa). □ Boğazaltı atın yüyənində olor; Atın boğazaltısı qırılıfdı, onu apar tix'dir (Şuşa).
2. Boyunduruğun alt ağacı (Tovuz). □ Gə boğazaltını dəyişəx'.
Azərbaycan dilinin dialektoloji lüğətiFüzuli, Salyan
1. Boğaz olmax: borclu olmaq (Füzuli). □ İstəmirəm, qardaş, mənim başqasına boğaz olmağa tə:rim yoxdu.
2. Boğaz olmax: sünbüllənmək, sünbül açmaq həddinə çatmaq (Salyan). □ Əvəl taxıl boğaz olur, sümül açır, yetişir, çalmaynan, ya əlnən biçirüg.
Azərbaycan dilinin dialektoloji lüğəti