Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bələt

Cəlilabad

Bax: bələd. □ Qıza, bələti bağla, qoyinnər gəleylər qapiyə girməgə.

Azərbaycan dilinin dialektoloji lüğəti

bəlgə1

Gəncə, Kəlbəcər, Kürdəmir, Oğuz, Ordubad, Şəmkir, Zəngilan

Bax: bəliyə. □ Qıza bəlgə aparallar (Oğuz); Bizim kətdə bəlgəsiz qız verməzdər (Zəngilan); Bu axşam Zeynava bəlgə aparajaxlar (Şəmkir).

bəlgə2

Salyan

Bəhanə.

bəlgə3

Bakı

Şaftalı qaxı. □ Ordu batdan gələndə birez bəlgə getirmişdim, mənnəm hasının qəzəbinə gəlib.

bəlgə4

Ağdam, Bakı, Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, İmişli, Kürdəmir, Salyan, Zəngilan

Vuruşma zamanı müdafiə üçün qola sarınan sarğı. □ Qolumda bəlgə olmaseydi, vuruf sümüyümü sındırmışdı (Ağdam);  Dava eliyəndə çuxamızı qolımıza dolayırduğ, oa bəlgə deyərdüğ (İmişli); Bəlgəni qolə doleylər (Cəlilabad).

bəlgə5

Ağdam, Salyan

Əkin sahələrinin sərhədini bildirən nişan. □ Bu yerə bəlgə qoy (Ağdam); Arbatan qolxozuynan bizim qolxozun bəlgəsi fermənin yanındadı (Salyan).

bəlgə6

Şuşa

Gön aşılamaq üçün narın qabığından və yarpağından hazırlanmış maddə. □ Bəlgə qutardı, gön istaxda qaldı.

bəlgə7

Zəngilan

Boyaqçılıqda istifadə olunan bitki.

bəlgə8

Bakı, Salyan

Sənəd, əsas. □ Əlündə bəlgön var ki, belə di:rsən? (Bakı).

bəlgə9

İmişli, Kürdəmir

Batmaması üçün balıq torunun yan iplərinə bağlanan qamış. □ Torun üst ciyəsinə bəlgə bağlanır (Kürdəmir); Lələ, torun bəlgəsi sınıb, qarğı gətrim düzəldəg (İmişli).

bəlgə10

Masallı

Çox duzlu.

See also:

Azərbaycan dilinin dialektoloji lüğəti