Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bədənçərə

Bakı

Bax: bedənçərə. □ Kasıb itinin adın Gümüş qoyan kimi, sən də bu bədənçərənün adın nöşün Adıgözəl qoy­musan.

Azərbaycan dilinin dialektoloji lüğəti

bədnöyüs

Ağdam, Bərdə, Qazax, Şuşa

Bax: bednö:üs. □ Bədnöyüs adamnan mənim xoşum gəlməz (Ağdam); Nuru çox bədnöyüsdü, hər gördüyünə tamah eler (Qazax); Yaman bədnöyüs arvatdı bu Bədir xala (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti