Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

başarat

Qax, Qazax

Bax: basarat□ Başaratın olsa, sən də oxuyuf bir adam olardın.

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti

başaratı bağlanmax

Qax

Bax: basaratı bağlanmax. □ Elinnən bi şey gəlmiy, başaratı bağlanıp honun.

Azərbaycan dilinin dialektoloji lüğəti

başə:x

Ağdam, Bərdə, Şəmkir, Şuşa

Bax: başəyax2. □ Sən ki bilirsən, mə:dənin xuyunu niye yedin, başə:ğın suyunu yemədin (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti

başəyax1

Borçalı, Qazax

Bax: başəyağ. □ Başəyağın taxılı çox təmiz olur (Qazax).

başəyax2

Borçalı, Cəbrayıl, Gəncə, Qazax, Tərtər, Tovuz

Kəlləpaça. □ Qoyun başəyağı yeməli olor; Başəyax pişirmişdix' dünən (Qazax); Bü:n başəyax pişirin, yiəx' (Gəncə); Yaxşı başəyax bişirmişdik (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti