Culfa
Xırmanda topa şəklində bir yerə yığılmış, bir yerə toplanmış taxıl. □ Şüşəni şadaraynan əliyirix', so:ra da xəlbirnən qəyrib torpağın çıxardırıx.
Şəki
Ağacın cavan zoğu, xırda budaq. □ Çəkilin şüşəsini qırıf veririx' xırda vaxdı qurda; Yuxudan durannan so:ra şüşə qırıf töküllər qurda.
Qəbələ, Quba
Meyvə saxlamaq üçün xüsusi çuxur, quyu. □ Bizim briqadanın igirmi şüşə alması var.
Azərbaycan dilinin dialektoloji lüğəti