Ağdam, Daşkəsən, Gədəbəy, Xanlar, Kəlbəcər
Gen, boş, lax <iri geyim haqqında>. □ Əynində bir şalax pencəyi var, elə bil ki, torbuya salıflar gədəni (Ağdam); Şalax paltar yaxşı durmoyu adamda (Daşkəsən); Paltar, timsalı əyninə yekə olanda deyillər şalaxdı (Kəlbəcər); Yox, bu sana çox şalax duror, bir ayrısını seçəsən gərəx' (Gədəbəy); Bu paltar sənin əyninə şalaxdı (Xanlar).
Kəlbəcər, Oğuz, Şuşa
Pinti, səliqəsiz. □ Paltarı pis giyər şalax adam (Oğuz); Nə şalaxsarj, üstünü, başını nə patdağa bıleyasan (Kəlbəcər).
Xanlar
Gönülsüz, həvəssiz. □ Niyə şalax yere:ysən?; Xırmana qoşulan heyvanı sürən boş dursa, o da şalax yeriyər.
Borçalı
Aciz, əfəl. □ Pampağ o adama de.irix' kin, şalağ adam olor.
Borçalı, Culfa, Xanlar, Qax, Qazax, Ordubad
Çox yetişdiyi üçün yumşalmış qovun. □ Şalax iri olor, əmmə dassız olor (Borçalı); Şalax dassız olor (Xanlar).
Qax
Əxlaqsız <qadın>.
Qax
Əldən düşmüş, zəifləmiş.
Azərbaycan dilinin dialektoloji lüğəti