Ağdam, Çənbərək, Gəncə, Şəmkir, Şəki
Seçmək, seçib götürmək. □ Üzdüyüf yaxşıların, pisdəri qalıf (Ağdam); A Ceyran, üzdəmə, gə bir tərəfdən yığ (Şəmkir); O, armıdı üzdəməy isdədi, mən qoymadım (Şəki); Çovannar üzdüyür gətdiyini də (Çənbərək).
Şəki
Qaymağını yığmaq. □ Sütü üzdiyəndə qatığı yağsız olar.
Azərbaycan dilinin dialektoloji lüğəti