Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çəp1

Şəki

Mis səhəng, güyüm. □ Çəpdən havra bir az su tök.

çəp2

İmişli, Lənkəran, Mingəçevir, Salyan

Bax: çəlp. □ Nadir yaxşı çəp çəkir (Salyan); Cavansan, çəpi sən al çək (İmişli).

çəp3

Bakı

Xallı. □ Bu gögərçin çəpdi.

Azərbaycan dilinin dialektoloji lüğəti

çəpgən

Bərdə, Cəbrayıl, Gəncə, Qarakilsə, Oğuz, Şamaxı, Tərtər, Yevlax

Bax: çəvkən. □ Çəpgən qano:zdan tikilirdi (Oğuz); Nənəm çəpgən tix’dirif (Gəncə); Çəpgəni tərəkəmələr geərdi (Tərtər).

Azərbaycan dilinin dialektoloji lüğəti