►Çox bilikli, zəkalı, müdrik və nüfuzlu adama yüksək ehtiram bildirmək üçün işlədilən ifadə.
İfadə məşhur milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevə məxsusdur.
Xatirələrdə qeyd olunduğuna görə, Azərbaycanın məşhur xeyriyyəçisi, milli burjuaziyanın görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyev tanınmış din xadimi Axund Hacı Turabla tez-tez dünyanın olub-olacaqları barədə söhbətlər edərmiş. Eyni zamanda «Quran» ayələrini də oxuyub dinləyərmişlər. Bir gün axund «Quran»ın «Yasin» surəsini oxuyub Tağıyev üçün tərcümə edir. 82-ci ayəyə – yəni «Allah bir şeyə iradə eləsə, ona «Ol!» deyər, o da dərhal olar» – çatanda Hacı soruşur ki, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axund təmkinlə cavab verir ki, «bəli!»
Hacı bir də soruşur ki, «axı mənim sərvətimin bir hissəsi burdadırsa, bir hissəsi də dünyanın başqa-başqa yerlərindədir, yəni Allah istəsə, bunları eyni vaxtda əlimdən alar?»
Axund tövrünu pozmadan «bəli» deyə cavab verir. Allahın qüdrətinə heç vaxt şəkk etməyən milyonçu Tağıyev dərin fikrə gedir...
Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə, demək olar, bütün sərvəti əlindən alınan Hacı öləndə bu məşhur ifadəni işlədir və vəsiyyət edir ki, onu Hacı Turabın ayağının altında dəfn etsinlər.
Məsəllər, deyimlər►Qısqanclığın yüksək dərəcəsini göstərmək üçün işlədilən ifadə.
İfadə ingilis dramaturqu Şekspirin məşhur «Otello» adlı faciəsinin əsas qəhrəmanının adı ilə bağlıdır.
Gənc və gözəl arvadı Dezdemona haqqında yayılan şayiələrə inanaraq qısqanc Otello onu öz əlləriylə boğub öldürür. Lakin hadisələr öz məcrası ilə cərəyan etdikcə əsl həqiqət üzə çıxır. Buna görə də törətdiyi bu cinayətin son dərəcə ağır və arvadının tamamilə günahsız olduğunu yəqin edən Otello özünü də öldürür.
Əsrlər keçdikcə Şekspir qəhrəmanının adı həddindən artıq qısqanc kişilərin rəmzinə çevrilmişdir. Əsassız olaraq ifrat dərəcədə qısqanclıq göstərən kişilər haqqında «Otello kimi qısqancdır» deyirlər.
Məsəllər, deyimlər►Hansısa hadisənin baş verəcəyini öncədən görməməyi, bir şeydən xəbərsiz olmağı bildirən ifadə.
İfadə qədim xalq inanclarından qaynaqlanır.
Əfsanə və nağıllarda div, cin və əcinnələr bir adamın harada olduğunu, nə iş gördüyünü və ümumiyyətlə, hər hansı məlumatı öyrənməkdən ötrü ovcunun içini iyləyir və bu zaman guya istədiyi suala cavab alırlar.
Ovuc içi iyləmək yolu ilə adamların taleyini əvvəlcədən müəyyən etməyin mümkün olması haqqında da müxtəlif əfsanələr vardır və bunlar hamısı insanların sehr, cadu, magiyaya inanmaları ilə, obyektiv aləm haqqındakı məlumatlarının azlığı ilə əlaqədardır.
«Ovcumun içini iyləməmişəm ki!» ifadəsi «mənə bu barədə heç kəs bir söz deməyib», «mən bu hadisədən heç cür xəbər tuta bilməzdim» mənalarında işlədilir.
Məsəllər, deyimlər