Tacir sözünün cəmi; tacirlər, sövdəgərlər.
Zərrafa yalan satarsan,
Tüccar, səndən ləl istərlər.
Zənbursan, dağlar çiçəyi,
Cana səndən bal istərlər.
(“Mahmud-Niyar xanım”)
Əhməd tacirbaşı, sən tüccarlıq işini beş barmağın kimi bilirsən.
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıTükünü tökmüş tərlan (tülək tükünü, yununu tökmüş deməkdir).
Aşıq nə danə gördüm,
Xalın nə danə gördüm,
Tülək tərlan qismət oldu,
Axır nadanə gördüm.
(“Əmrah”)
*
Tülək tərlanı götürdüm,
Özümü yarə yetirdim.
Qarsın düzündə itirdim,
Yusiftək cavan qulları.
(“Qulam-Kəmtər”)
*
Tülək tərlan məskən edər binada,
Oğul, dağın qalar bu ürəkdə, sinədə.
Öldürərlər, heyfim gələr sənə də,
Qayıt, oğul, bu sövdadan qayıt, gəl getmə.
(“Qulam-Kəmtər”)
*
Mənəm şiri-nərtək meydanda gəzən,
Xişm ilə düşmanın bağrını əzən,
Tülək tərlan kimi havada süzən,
Sonra yaxan keçər ələ, pəhləvan!..
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Pul vahidi.
2. On minə bərabər müəyyən miqdar sayı. (“Koroğlu” dastanının lüğəti)
Dastanlarda 1-ci mənaya rast gəlinir.
Nagah yerdən mən dəryaya atıldım,
Birdən-birə eşq oduna qatıldım.
Yüz tümənə mən sallaxa satıldım,
Dilbilməz əlinə düşdüm, neyləyim?!
(“İrvahım”)
*
Şəmiyə qulunu gəl heç vermə sən,
Min tümən pulunu gəl heç vermə sən,
Dəvəyə məxmər çulu gəl vermə sən,
Hər kəs olsa əldən qoymaz yarını.
(“İrvahım”)
*
Cəfər paşa belə bir qanun qoymuşdu: meydanlarda basılan yüz tümən verər, basan yüz tümən alardı.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Uca dağlarda duraram,
Çəkib bəzirgan vuraram,
Gündə üç içki quraram,
Yüz min tümənlər xərcləni.
(“Həmzənin Qıratı aparmağı”)
*
Məni görüb atım-atım atılı,
Qarğı qulaq bir-birinə çatılı,
Ucuzluqda min tümənə satılı,
Bahalıqda yox qiymətin Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Əsəd”)
*
Koroğluyam, uca dağda duraram,
Bəzirgan tutaram, karvan vuraram,
Gündə üç yol belə içki quraram,
Hər içkidə min tümənlər xərcləni.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-İslam”)
Azərbaycan dastanlarının leksikasıDəstə, yığın, bölük.
Alaylar dağıdıb, tüplər pozaram,
Min düşməni bir qılınca düzərəm;
Qan etməyən günü qəmgin gəzərəm,
Mən bir qaniçici cəllad olmuşam.
(“Lətif şah”)
Bir hay bassa, ağır tüplər basılar,
Qançırğadan qanlı başlar asılar,
Hər içkidə yetmiş quzu kəsilər,
Verər aşı, ağ lavaşı Koroğlu.
(“Koroğlunun Ərzurum səfəri”)
Bir qasiddən xəbər aldım,
Beşdi qalanın yolları,
Hayqırdım tüplər dağıldı,
Boşdu qalanın yolları.
(“Həmzənin Qıratı aparmağı”)
İki xanla bir araya gələndə,
Qurd oyunun aralığa salanda,
Kəllələr kəsilib yombalananda
Halaylar pozulub, tüp qılınclanır.
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Beldə qılınc, hazaran qalxan qolunda,
Tüp-tüp atlı durur sağ və solunda...
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikası1. Nadir, tapılmayan, misli-bərabəri olmayan; qəribə.
2. Zərif, füsunkar.
Bircə baxın bu cavanın
Nə əcəb türfə çağı var.
(“Alı xan”)
Dolanıb dağları gəzmişəm əzəl,
Heyvalı bağlarım görməyib xəzəl,
Urum ölkəsində bir türfə gözəl
Seçib, sevib, Çənlibeldən gəlirəm.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Altundakı bədöv atdü,
Qolunda türfə qüvvətdü,
Yoldaşların müxənnətdü,
Çal, qılıcun kəskin olsun.
(Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıƏhvallı, yaxşı xasiyyətli, xoşxasiyyət, deyib-gülən, xoşsöhbət.
Dialektlərdə ivhallı, ifallı şəklində də işlənir.
Naz ilə bir bəri bax, ağıllı, kamallı gəlin!
Xoş gülüş, xoş danışıq, ey incə ufallı gəlin!
Qaşların təhri-qələm, yanaqları xallı gəlin!
(“Şəmşir və Sənubər”)
Azərbaycan dastanlarının leksikası