ərəb. bərat
Məhəmməd peyğəmbərə (s.a.s) peyğəmbərlik xəbərinin verilməsi, qızı Fatimənin toyu, 12-ci imam Mehdinin anadan olduğu gün və gecə (bu hadisələr müxtəlif illərdə, eyni gündə – Hicri-qəməri təqviminin 8-ci ayı olan şaban ayının 15-də olmuşdur):
Barat gecəsində gördüyüm duşlar,
Ağamdan istəsəm, mana bağışlar.
Dəryada mahılar, havada quşlar,
Alagöz ceyranı çölə düşübdü.
(“Səyyad və Sədət”)
Azərbaycan dastanlarının leksikasıfars. bar – yük, ərəb. həml – yük aparma
Bax: yükünü yerə qoymaq.
Aşıq dili yüyrək olar, at ayağı külək, tez aparıb, tez gətirər. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə tamam oldu, tacirlərin arvadları bari-həmlini yerə qoydular. (“Nəcəf və Pərzad”)
*
Aylar gəlib keçdi, xoş gün, xoş saatda arvadlar bari-həmllərini yerə qoydular. (“Arzı-Qənbər”)
*
Bəhmən şahın arvadı bari-həmlini yerə qoydu. Bir oğlu oldu. (“Bəhram-Gülxəndan”)
Azərbaycan dastanlarının leksikasıYükdaşıyan, yükçəkən; ağır şeyləri daşıyan, qaldıran (adətən, klassik şeirdə dərdə, möhnətə, mənəvi əzablara dözən mənasında işlənir):
Mən olmuşam dərd-qəmin barkəşi,
Qəmdən tikdirmişəm nə qalam indi,
İstədim ki, yara bir namə yazım,
Nə mürəkkəb tapdım, nə qələm indi.
(“Abbas və Gülgəz”)
*
Allahı sevirsiz, verin xəbər siz,
O hicran barkeşi Xəzangülümdən.
(“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıBu söz izahlı lüğətdə bayquş sözünün qədim forması kimi göstərilir.
Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə yazır: “Bayqu gödək və əyri dimdiyi, uzun caynaqları olan ov quşudur. Mənbələrdə piğu, bəyğu, bayğu formalarında yazılıb. Hərfi mənası bəy quşu deməkdir. Farslarda şahin adlanan quşların ümumi adı bizdə bəyquşu olub. Şahin “şaha layiq quş” demək olduğu kimi, bayqu da “bəyə layiq quş” anlamını əks etdirib. Sinonim sözlərdir, lakin alınma söz öz sözümüzü sıxışdıra bilib”. Dastanda rast gəlinən dil faktları bu sözün prof. B.Əhmədovun göstərdiyi kimi, başqa mənası da olduğunu təsdiq edir:
Ay ariflər, gəlin sizə söyləyim,
İstəkli dost mənnən aralı düşdü.
İllər həsrətiyəm, aylar ayrısı,
Sinəm bayğu kimi yaralı düşdü.
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıAlıcı quş, tərlan, qızılquş.
Kərəmə gəlibdi təmizlik, paklıq,
Tanrıya gəlibdi yalnızlıq, təklik.
Qatardan ayrılmış ay gözəl kəklik,
Xan oğlu üstünə bazınan gəlir.
(“Əsli və Kərəm”)
*
Əlimdən uçurtdum bazım,
Dərdimi kağıza yazım;
Gərək gedim qürbət gəzim,
Dərvişlikdi işim mənim!
(“Alı xan”)
Azərbaycan dastanlarının leksikasıfars. bazu – qolun çiyindən dirsəyə qədər olan hissəsi, bənd – bağ
1. Qolbaq, bilərzik.
2. Döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.
3. İçərisinə dua və s. qoyulub qola bağlanan məhfəzə (qovluq).
Pərimin boynunda heykəl-hamayıl,
Ləl bazubənd düzüb qol kənarında.
(“Qurbani. Diri versiyası”)
Azərbaycan dastanlarının leksikasıSözübütövlük, etibar.
Dərdli Dilsuz, nə xəyaldı düşübsən,
Bu sevdadan sana xeyri-bar olmaz.
Tərgit, sən də çəkmə əfsanə zəhmət,
Gözəllərdə heç vaxt beh-bazar olmaz.
(“Dilsuz və Xəzangül”)
*
Şadlıq yağsın üz-gözündən,
Xalqı incitmə özündən.
Dönmə verdiyin sözündən,
Behi bazarına sığın.
(“Şahzadə Bəhrəm”)
Azərbaycan dastanlarının leksikası