Çatmaq, yetişmək, irişmək.
Kərəm deyər, axırına irilməz,
Ərəb at yorulur, könül yorulmaz,
Könül bir saraydı, sınar, hörülməz,
Əzəli, sonrası köç olur könül.
(“Əsli və Kərəm”)
*
Kərəm deyər, burda qoysaq sazları,
Xatirimə düşdü şirin sözləri,
Qaradı qaşları, ala gözləri,
Sən də muradına ir, səhər yeli!
(“Əsli və Kərəm”)
*
Cida düşdük biz çöllərə,
Bülbül də qona güllərə.
Gedərik neçə ellərə,
İrərik muradımıza biz.
(“Mahmud-Niyar xanım”)
Azərbaycan dastanlarının leksikasıNaz, qəmzə, şivə; qəmzəli baxış.
Ə.Fəhmi naz sözünün sinonimlərini belə izah edir:
“1) Əgər naz gözəlin hərəkətlərindədirsə, ona işvəli gözəl deyirlər;
2) Naz gözəlin baxışlarındadırsa, ona qəmzəli gözəl deyirlər;
3) Naz gözəlin söhbətlərindədirsə, ona şivəli gözəl deyirlər”.
(Pedaqoji elmlər namizədi Çimnaz Əliyeva. “Ustad sözü. Əli Fəhminin mühazirələrindən bəzi məqamlar”. “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı, №1 1997, səh.70).
Bizim göldə ördək olur, qaz olur,
Gözəllərdə işvə, qəmzə, naz olur.
(“Heydər bəy”)
*
İşvə məndə, qəmzə məndə, naz məndə,
Aşıq öldürməyə gözəl söz məndə.
(“Qurbani. Diri versiyası”)
*
Kaman qurub, oğrun durub,
Mənə işvə-naz eyləyir.
Corab toxur, cəh-cəh oxur,
Qumrutək avaz eyləyir.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıfars. kakul
1. Bəzi quşların başında topa şəklində tük; at və bəzi heyvanlarda qulaqları arasından sallanan tük topası.
2. Kişilərdə alına tökülən saç.
Dastanlarda qadınların kakilindən də söz açılır.
Səndə nələr var hələ,
Özün salıbsan dilə,
Mən yazığa rəhm elə,
Zər düşüb kakilə,
Dilin dönüb əsələ.
(“Şəmşir və Sənubər”)
Azərbaycan dastanlarının leksikasıMədən yeri, mədən; bir şeyin çox olduğu yer; mənbə, məxəz.
Dastanlarda “bu dünya” mənasında da işlənir.
İbtida eyləyib girdim meydana,
Aşıqlar ustadı, görün, handadı?
Pünhan dərdlərim çoxdu canımda,
Dürr-gövhərlərim hələ kandadı.
(“Qurbani”)
*
O qızın dərd-səri çoxdu canımda,
Gövhərli sözlərim hələ kandadı.
(“Qurbani. Diri versiyası”)
*
Elmin mədənisən, kərəmin kanı,
Sənsən bu dünyanın dari-imanı...
(“Qurbani”)
*
Kəsdireydim yasdığının yanını,
Bir tutaydım kipriyinin sayını,
Nə tapıbsan kor yuxunun kanını?
Oyan, Əslim, üzdə xalın sevdiyim!
(“Əsli və Kərəm”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikasıDastanlarda kan “bu dünya”, məkan “o dünya” mənasında işlənir.
Saleh sövdəyər ondan soruşdu:
– Oğul, haradan gəlib, haraya gedirsən?
Qurbani dedi:
– Əmi, kandan gəlib, məkana gedirəm.
Saleh sövdəyər soruşdu:
– Sən bir tikə uşaqsan. Nə bilirsən kan nədi, məkan nədi?
Qurbani ona dedi:
– Əmi, kan bu dünyadı, məkan o dünya.
(“Qurbani”)
*
Məsum əfəndi Valehə salam verib dedi:
– Oğlum, söylə görüm, səfərin haradı?
Valeh salamı alıb ərz etdi:
– Əmi, səfərim kannan məkanadı.
Məsum əfəndi dedi:
– Oğlum, kan kandı, məkan nədi?
Aşıq Valeh dedi:
– Kan bu dünya, məkan da o dünyadı.
(“Valeh və Zərnigar”)
Prof. M.Qasımlının sözlərinə görə, aşıqdan haradan gəlib hara getdiyini soruşduqda arif aşıq konkret yer adı çəkməməlidir. Həqiqi aşıq bu suala “kandan məkana” cavabını verir.
Azərbaycan dastanlarının leksikasıZöhrə ulduzunun digər adı.
Dan ulduzuna bənzəyir, çox zaman ondan seçilmir. Bir əfsanəyə görə, onu dan ulduzu hesab edərək yola çıxan karvan çovğuna düşmüş, bundan sonra bu ulduza karvanqıran adı verilmişdir.
Baxdı ki, karvanqıran ulduz göyün ortasına qalxıb, elə bil səhərdi. Aldı görək karvanqıran ulduza nə dedi... (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası