Bu sözün “fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs”, “aşağırütbəli məmur”, “zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs” kimi mənaları var.
Dialektlərdə “başçı” mənasında işlənir.
Bir gün çovuş gəldi ki, hər kim Məkkəyə gedir, gəlsin. (“Alı xan”)
*
Ayıb olmaz mərdin heç nərəsində,
Əslində, bətnində, nə zərrəsində,
Namərd çovuş olsa kənd arasında,
Gedər o divandan donluq davalar.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıXəbərçi, casus.
Bunlar burda qalsın, sizə xəbər verim çuğul qarıdan.
Çuğul qarı gecənin bir aləmində durdu: – Gedim görüm Leyli xanım neyləyir, bəlkə, mənə birbaş yağı düşdü, – deyib yola düzəldi.
*
Çuğul qarı diqqətlə yerə baxıb gördü ki, Leyli xanımın izi günçıxan tərəfə gedir. (“Leyli və Məcnun”)
*
Çuğul Bəsti dedi:
– Yəqin, o, Şəmşirin yanında olacaq. (“Şəmşir və Sənubər”)
Azərbaycan dastanlarının leksikasıDağ və düyün (dərd, kədər, qəm, ürək acısı) sözlərindən ibarətdir.
Atanın sözünə niyə baxırsan?
Bu canımı eşq oduna yaxırsan!
Dağı-düynü sinəm üstə çaxırsan,
Məndən ayrı indi döz, Leyla xanım!
*
Leyla deyər, atam zülüm eyləyir,
Sinəm üstü dağı-düyün eyləyir.
Səni məndən, məni səndən eyləyir,
Bil ki, qoymur məni gedəm məktəbə.
(“Baxış-Leyla”)
Azərbaycan dastanlarının leksikasıAğacın şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq.
Bülbüləm, dala qonaram,
Zərgərəm, gümüş yonaram,
Ha bu dərdə mən yanaram,
Xoryat söz məni dağladı.
(“Abbas və Gülgəz”)
*
Bulaq kənarında paltar yuyanlar,
Eyni mənim xan Əslimə bənzərsiz.
Yuyub-yuyub gül dalına sərənlər,
Eyni mənim xan Əslimə bənzərsiz.
(“Əsli və Kərəm”)
1. Ərəb əlifbasında d hərfinin adı.
2. Məcazi mənada: əyri, bükülü, bükülmüş.
Sən bir tərsa qızısan,
Əydin qəddin dal elədin.
Yıxdın könlümün evini,
Gör necə xəyal elədin.
(“İrvahım”)
*
Sağ yatmışdın qulluğunda, bala, sən,
Nədən düşdün belə müşkül hala sən?
Baban qəddin döndərmisən dala sən,
De necə etməsin ah-vay, quzu.
(“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikasıƏtək.
Qış gedibən, yaz ayları gələndə
Dağlar damanından qar istər könül.
Hüri, Pəri, mələkləri görəndə
Xəstəyəm, onlardan nar istər könül!
(“Qurbani. Diri versiyası”)
*
Sərim qurban olsun beylə naqqaşa,
Gətirdin dəstimi damana, Gülgəz!
Ağ üzdə xallara, mah qələm qaşa,
Əbrulərin bənzər kamana, Gülgəz!
(“Abbas”)
Azərbaycan dastanlarının leksikası