Dil.
Zəbanə sözü də vardır; alov, alovun şöləsi, dili; tərəzinin dil şəklində olan hissəsi, mili. Dastanda həqiqi mənada işlənib.
Görürsənmi o dağları, getməz duman, üstədi,
Ovçu gəzər şikarını, oxu kaman üstədi,
Namərdə yalvarınca, düş mərdin ayağına,
Can deyib xoş danışmaq şirin zəban üstədi.
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikasıZümrüdəbənzər qiymətli daş.
Al cavabın deyim, Süsənbər xanım,
Ərş üzünün on iki bürcü-barı var.
Behişti-əlanın ləli-zəbərcət fərşi,
Çox hesabsız huri, qılmanları var.
(“Heydər bəy”)
*
Mina qəddin zəbərcəddi,
Nə desən, cana minnətdi,
El köçüb, otaq xəlvətdi,
Gəlsən, alam busən, dilbər.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıArı.
Böyük şah babamnan qıllam iltimas,
Əfv etsin, hüzrundan oluram xilas.
Zənburun şanına meyl etsə məkas,
Od tutar ahundan çöllər, gedirəm.
(“Sam şahzadə”)
*
Ellər köçdü yaylağıma, dayandı,
Sizin dağdan qar almağa gəlmişəm.
Könül quşu dövr eyləyir bu bağda,
Zənbur mənəm, bar almağa gəlmişəm.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıAtın dal tərəfindən belinə çəkilən ip, toqqa, örkən.
Şah İsmayıl atasından bu sözü eşidib barigahdan çıxdı. Qəmərdayın ziltəngini bərkitdi, belinə qalxdı, sürüb anasının yanına gəldi, ondan getmək üçün rüsxət istədi. (“Şah İsmayıl”)
*
– Ancaq mənim atım o atlardan deyil, çox etibarlı heyvandır, – deyib yenə gözündən öpdü, sonra ziltəngini yeddi yerdən bərkidib yavaş-yavaş getdi, istəyirdi ki, bağdan çıxsın. (“Sam şahzadə”)
*
Dilsuz bu sözü eşidib, atının ziltəngini yeddi yerdən möhkəm bağlayıb quş kimi atın üstündə qərar tutdu. (“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıQış, qış fəsli.
Rus dilində zima sözü ilə yaxınlığı hər iki dilin Hind-Avropa dil ailəsinə aid olması ilə bağlıdır.
Eşqin piyaləsin nuş edib qanım,
Məhəbbət rəngində boyanıb qanım,
Daim zimistanda keçməsin günüm,
Baharın fəslində gülzar istərəm.
(“Leyli və Məcnun”)
*
Kaman qurub, oğrun durub,
Mənə işvə-naz eyləyir.
Corab toxur, cəh-cəh oxur,
Qumrutək avaz eyləyir.
Yanağı gül, saçı sünbül,
Zimistanı yaz eyləyir.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikası