Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. (“Koroğlu” dastanının lüğəti)
Yəhər qaşında da yüz qızıl pul var. (“Koroğlunun Ərzurum səfəri”)
*
– Ey Bürcü Sultan, mehtərə verdiyin çörək haram olsun ki, atının yəhər-yüyənini yaxşı bərkitməyib. İndi səni atdan yerə salsam, deyəcəksən ki, yəhər boş idi. Əyil yəhərini bərkit, sonra vuruşaq.
Axmaq Bürcü Sultan aldanıb əyilib yəhəri düzəltmək istəyəndə Koroğlu Qıratı onun üstünə sürüb qılıncın yastısı ilə kürəyinə yüngül bir zərbə endirdi. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıMetalı yonmaq üçün üzəri diş-diş olan polad alət; suvand, törpü. (“Koroğlu” dastanının lüğəti)
Almasdan qılıncdır, poladdan yeyə,
Çeynərəm dəmiri, üflərəm göyə,
Olaram çərxəki, düşərəm ögə,
İstə, Təkəlidən dəlilər gəlsin!..
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıYaxşı. (“Koroğlu” dastanının lüğəti)
Məni tutan Bolu bəydi,
Ağır zəncir boynum əydi,
Hamı bir-birindən yeydi,
İgid dəlilərim qaldı.
(“Koroğlu ilə Bolu bəy”)
*
Mənasın bilməyən sözü,
Deməkdən deməmək yeydü.
Namərdinən çörək-duzu,
Yeməkdən yeməmək yeydü.
(Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikasıHamiləlik dövründə hamilə qadının turşu və ya başqa şey istəməsi. (“Koroğlu” dastanının lüğəti)
Dastanda qanına yerikləmək frazeologizminin tərkibində işlənir və qanına susamaq, kimisə öldürmək istəmək mənasını verir.
Bilmirsənmi ki, paşalar sənin qanına yerikləyir. (“Koroğlunun İstanbul səfəri”)
*
Koroğlu fərmanı mərdi-mərdana,
Dəlilərim yerikləyir al qana,
Qataram şəhərdə tozu dumana,
Dəlilərim bu şəhərdə qalıbdı.
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıTürk sözüdür, yeni qoşun, yeni ordu (yeni çəri) mənasını verir. (“Koroğlu” dastanının lüğəti)
Sultan Türkiyəsində piyada qoşun hissələri və onun nəfəri (əsgəri) mənasında işlənib. Söz rus dilinə янычары şəklində keçən türkizmlərdəndir.
Bu tərəfdən bir osmanlı yeniçəri gəlib Koroğlunun cibinə on tümən pul qoydu. Koroğlu bunun səbəbini soruşdu. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası