Yuxu, röya.
Dur xab etmə çeşmə üstə,
Bir qulaq ver mən şikəstə.
Qoşun gələr dəstə-dəstə,
Dur, yatmağın çağı deyil.
(“Dilsuz və Xəzangül”)
*
Xab içində yatan oğlan,
Dur, yatmağın çağı deyil.
Dərdü-qəmə batan oğlan,
Dur, yatmağın çağı deyil.
(“Müğüm şah”)
*
Onda Gülgəz xabdan durdu ayağa. (“Abbas”)
*
Xab içində yatan Zöhrə,
Oyan, Zöhrə, yarın gəldi!
Qəm-qüssəyə batan Zöhrə,
Oyan, Zöhrə, yarın gəldi!
(“Tahir və Zöhrə”)
Azərbaycan dastanlarının leksikasıfars. xak – torpaq, pa – ayaq
1. Ayaq basılan yer.
2. Astana, kandar.
Səyahət eyləyən Nəzakət xanım,
Seyrəngah sizindi, gəz, qayıt indi.
Sən məni gətirdin xaki-payına,
Gəzib sinəm üstün əz, qayıt indi.
(“Sam şahzadə”)
*
Aşiqlərdə budu adət,
Cavan ömrüm oldu qarət.
Xaki-payını ziyarət
Elədim, murada gəldim.
(“Tahir və Zöhrə”)
Azərbaycan dastanlarının leksikasıTikan.
Ucundan çəkərsən çox ahu-zarı,
Köməyinə çatsın yaradan barı.
Fələk gülə düşman yaradıb xarı,
Əbəs düşüb bu sevdaya gedirsən.
(“Bəhram-Gülxəndan”)
*
Kəmtər deyər, bağça barı olmasa,
Qızılgül yanında xarı olmasa.
Hər kimin Nigartək yarı olmasa,
Əl çəkməz, bil bu sevdadan, gedərəm.
(“Qulam-Kəmtər”)
*
Nə olar anlayıb dərdimi bilsən,
Mina gərdənlisən, bir qara telsən.
Dağlarda lalasan, bağlarda gülsən,
Qorxuram ki, uya xara gözlərin.
(“Fərhad və Şirin”)
Azərbaycan dastanlarının leksikasıÖzündən naxışları olan parlaq ipək parça.
Hüseyn deyir: mayıl oldum Gülxara
Geyinibdi atlas, ziba, gül, xara,
Qorxuram ki, qismət ola gül xara,
Bağban ölə, dal budağı yad əyə.
(“Məhəmməd və Güləndəm”)
*
Keşiş çox hiyləgər, özü də sehrkar idi. Tez qıza qırmızı xaradan bir don hazırladı. Döşünə tilsimbənd düymələr tikdirdi. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası1. Seçilmiş, xüsusi; məxsus.
2. Əsil, nəcabətli.
İgidlər xasısan, özün mötədil,
İgidlər sözünə mən ollam qail.
Atam Səlim xandı, adım Xəzangül.
Eşqin sərkərdəsi, qəmin dustağı.
(“Dilsuz və Xəzangül”)
*
Sənə xəbər verim, aşıqlar xası,
Sənin Əslin burdan gəldi də getdi.
Yanındaydı atasıyla anası,
Ləpirin üzümə saldı da getdi.
(“Əsli və Kərəm”)
*
Qənbər, Qənbər, xas Qənbər
Nə tutubsan yaş Qənbər?
(“Arzı-Qənbər”)
Azərbaycan dastanlarının leksikasıOx (silah).
Klassik şeirdə gözəlin kirpiyi oxa (xədəngə) bənzədilir. Dastanlarda həm həqiqi, həm məcazi mənalarda işlənməsinə aid nümunə var.
Şir kimi meydanda edərəm cəngi,
Bu meydanda sənlə tutaram həngi,
Çalaram qılıncı, vurram xədəngi,
Bu gün bu meydana bir kəs gəlməsin.
(“Dilsuz və Xəzangül”)
*
Əsl dostun məhəbbəti çox olu,
Özü düz, sözü düz, xədəng ox olu,
Mərd iyidin gözü, könlü tox olu,
Dost yolunda qavax, dalı gözdiyər.
(“Məhəmməd və Güləndəm”)
Azərbaycan dastanlarının leksikasıEvin birinci mərtəbəsindən ikinci mərtəbəsinə və ya çardağa çıxmaq üçün tavandan açılan kiçik qapı (yan tərəfə deyil, aşağıdan yuxarı qaldırılmaqla açılan qapı və ya pəncərə).
Hər nə desəm, özü özündən küsər,
Sənin dərdin sinəmdədir sərbəsər.
Xəfəngin altından o qulaq asar,
Yaxam keçdi qədirbilməz əlinə.
(“İrvahım”)
Azərbaycan dastanlarının leksikası