Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

tab gətirmək

Bax: tablamaq. (“Koroğlu” dastanının lüğəti)

İlxıçı yazıq hansı atı tutub verdisə, heç biri Kürdoğlunun tabını gətirmədi.

                                                                                     (“Koroğlunun Dərbənd səfəri”)

Azərbaycan dastanlarının leksikası

tacir-tüccar

Bax: tüccar. (Koroğludastanının lüğəti)

Atalar deyiblər ki, tacir-tüccar dili ilanı yuvasından çıxardar.

                                                                                            (“Durna teli”)

Taladım şahları, hələ az dedim,

Türfə gözəllərə işvə, naz dedim,

Neçə tacir-tüccar səndə gizlədim,

Açmadın sirrimi, sirdaşım dağlar.

                          (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası

təyyi-mənazil

Bax: teyyi-mənazil. (Koroğlu” dastanının lüğəti)

Pay-piyada, günə bir mənzil, təyyi-mənazil, orda ayla, illə, burda müxtəsər dillə, az getdi çox dayandı, çox getdi az dayandı,bir axşamüstü gəlib Çardaqlı Çənlibelə çatdı.

              (“Həmzənin Qıratı aparmağı”)

 Günə bir mənzil, təyyi-mənazil, o necə deyərlər, təpələr aşdı, dərələr keçdi, mənzildən ötüb mənzilə düşdü, günlərin bir günündə gəlib Dərbəndə çatdı.

                                    (“Koroğlunun Dərbənd səfəri”)

Azərbaycan dastanlarının leksikası