Ovçu.
Ay gözəl qız, səd afərin əslinə,
Alagözlüm, tərlanımı gətir ver!
Mənəm bu tərlanın ovçu səyyadı,
Alagözlüm, tərlanımı gətir ver!
(“Əsli və Kərəm”)
*
Xab içində yatan bixəbər səyyad,
Tərlan mənəm, qeyri tərlan istəmə!
Mən səni sevmişəm, sən də sev məni,
Sev bu canı, qeyri canan istəmə!
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikası1. Doğruluq, gerçəklik.
2. Sədaqət, səmimilik, ürək təmizliyi.
Dərdimi söylərəm mən yana-yana,
Sidqimi bağladım qadir sübhana,
Biçarə lələni saldın hicrana,
Ölüncə dönmərəm səndən, Abdulla!
(“Abdulla və Cahan”)
*
Sidqi dürüst olan yetişər haca... (“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıZülm edən, əziyyət verən, incidən; zülmkar.
Dost bilsə yarının gəldiyin neylər?
Yar yolunda qara bağrını teylər,
Nəsihət qəmzənə ver ki, qan eylər,
Gözəllər şuxinin sitəmkarıdı.
(“Qurbani”)
Birini deyərsən, beşini deyər,
Acı üz göstərsən beynini yeyər,
Hərdən qeyzə gəlsə ərini döyər.
Ər məhəbbətində sitəmkar olur.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası