Birlikdə yol gedən atlılar və s. dəstəsi; karvan. (“Koroğlu” dastanının lüğəti)
Qəflə, qəflə-qatır şəklində də işlənir.
Çənlibelə dörd mənzil qalmış gördülər ki, adlı-sanlı bir tacir öz qafiləsi ilə gözəl, səfalı bir çəmənlikdə büsat qurub kabab yeyir, şərab içir, nərdtaxta oynayıb kefə baxır. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıKiçik müdafiə tikilisi, kiçik qala; sığınacaq. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu baxdı ki, yolun qırağında bir qalaça var. Telli xanımı gətirib haman qalaçada qoydu, qalaçanın ağzını da bir daş ilə möhkəmlədib özü qılıncı çəkdi, qoşuna cumdu. (“Koroğlunun Ərzurum səfəri”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası1. Canı bərk, ətli-canlı.
2. Qalın, yoğun. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu dedi:
– Mən yaman kökəlmişəm. Siz ikilikdə məni buradan çıxara bilməzsiniz.
Beş-altı qalın-qayım ip gətirdilər. İpləri bir-birinə düyünləyib quyuya salladılar. (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikasıYəhərin arxa tərəfində şey bağlamaq üçün olan qayış bağlar. (“Koroğlu” dastanının lüğəti)
Meydanda açıb savaşı,
Düz eyləyib dağı, daşı,
Qançırğadan qanlı başı
Döyüşdə asdığın varmı?
(“Koroğlunun Bayazid səfəri”)
*
Hasan paşa, sənə kimdən söyləyim,
Yeddi min dəlinin başı, Koroğlu,
Ha zaman ki, qovğa günü düşəndə
Asır qançırğadan başı Koroğlu.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu-Əsəd”)
Azərbaycan dastanlarının leksikasıAl-əlvan ipək parça; bu parçadan tikilmiş. (“Koroğlu” dastanının lüğəti)
Qanovuzun yüngül, zərif (bursa) və ağır (tafta) kimi növləri var.
Baxdı ki, bu atlı əynində çuxa, ayağında başmaq, qanovuz arxalığın üstündən də belində tirmə şal olan enlikürək, qarnı yoğun bir kişidi. (“Durna teli”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıYırtıcı heyvan; pələng. (“Koroğlu” dastanının lüğəti)
Döyüş babamızdan miras qalıbdır,
Dağlar əlimizdən zara gəlibdir,
Məskənimiz sərb qaya olubdur,
Qaplanlar çığrışır, pələng daşlanır.
(Ə.Qaracadaği “Şeirlər məcmuəsi”)
*
İki tərlan bir yuvadan,
Kövül heç düşməz havadan,
Ala qaplan sərv qayadan
Baxar buluda gümrənər.
(M.Elyas “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası