Qəzəb, hiddət, acıq. (“Koroğlu” dastanının lüğəti)
Qeyzə gəlib hərdən nərə vuranda,
Dəlilər qol-qola bağlayan mənəm,
Qılınc çəkib mərd meydana girəndə,
Sinələr çal-çarpaz dağlayan mənəm.
(“Koroğlunun Dərbənd səfəri”)
*
Eyvaz qürrələnib qeyzlə Koroğluya dedi:
– Yaramaz, gəl bura görüm nə deyirsən? (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıəsli latın sözüdür, Yuli Sezarın adından götürüb
Ərəblərin Qədim Roma və Bizans imperatorlarına verdikləri ad. (“Koroğlu” dastanının lüğəti)
Qeysəri öldürək, sərdarı tutaq,
Böyüyün, kiçiyin qol-qola çataq,
Ərəb at döşünə cümləsin qataq,
Çənlibelə əsir göndərək, hoydu!
(“Hasan paşanın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası1. Dağın, təpənin hündür yeri.
2. Yəhərdə: qaltağın (yəhərin ağacdan olan hissəsi) dalında və qabağındakı çıxıq, dik. (“Koroğlu” dastanının lüğəti)
Bayazid xoş mənzərədi,
Tülək tərlana bərədi,
Qayadı, daşdı, dərədi,
Qaşdı Bayazid yolları.
(“Koroğlunun Bayazid səfəri”)
*
Yəhər qaşında da yüz qızıl pul var. Onu da külfətinə xərclik edərsən. (“Koroğlunun Ərzurum səfəri”)
*
Koroğlu ayağını üzəngidən çəkib yəhərin qaşına qoydu, sazı götürüb dedi... (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası