ərəb. məzərrət
1. Ziyan, zərər.
2. Mərdimazar, müzür.
Dastanda 2-ci mənada işlənib. Dialektlərdə dələduz mənasına rast gəlinir.
Şah İsmayıl heç danışmaz ləcinən,
İşim yoxdur mazaratnan, bicinən,
Verməsən də, alacağam gücünən,
Alacağam, nənə, ceyran mənimdi.
(“Şah İsmayıl”)
Azərbaycan dastanlarının leksikası1. Məscidlərdə qiblə tərəfdəki divarın içində oyuq yer (önündə namaz qılınır).
2. Qiblə.
3. Məcazi mənada: inanılan yer.
4. Məcazi mənada: məşuqənin qaşları.
Gedirəm, yolum iraxdı,
Bülbül ötər səhər vaxtı,
Boş qalmasın babam taxtı,
Yıxılmasın o mehrabı.
(“Şah İsmayıl”)
*
Qaşları mehrabı, gözləri yağı,
Ahu gözlüm, nə dönürsən məzarı?!
Aşığı bənd edər zülfü, dodağı,
Ahu gözlüm, nə dönürsən məzarı?!
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıMəhəmməd peyğəmbərin (s.a.s.) göyə çıxması və Allahla danışması.
Nərdivan; çıxılacaq yer, yüksəklik mənaları da var.
Qapıçısı şahi-Mərdan Əlidi,
Məhəmməd meraca gedər o burca.
(“Qurbani”)
*
Peyğəmbər ki qədəm basdı meraca,
Pişvazinə gəldi mimü lamü kaf.
(“Qurbani”)
Qeyd: Sonuncu misradakı ərəb hərflərinin adı mələk sözünə işarədir.
Azərbaycan dastanlarının leksikasıQərb, günbatan mənasında işlənir.
Qərb, qürub sözləri ilə flektivlik cəhətdən eyniköklüdür.
Məğribnən məşriqi seyr elədim,
Viranə şəhərdə bir pəri gördüm!
Səyyad kimi seyr etdim küçələrin,
Şəhri-viranədə bir pəri gördüm!
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
*
Qurbani der: çıxdım dağ səhrasına,
Könlüm qalxdı, düşdü eşq sevdasına,
Bir siqal verdim könlüm pasına,
Məğribdən məşriqə bəyan dedilər.
(“Qurbani. Diri versiyası”)
Azərbaycan dastanlarının leksikasıQarışıq, qarma-qarışıq.
İğtişaş sözü ilə flektivlik baxımından eyniköklüdür.
Haraya baxıram, hava məxşuşdu,
Gördüyüm oylaqlar yadıma düşdü.
Bir gün eşidərsən Alı da köçdü,
Sındı simli sazı, təzənə qaldı.
(“Qul Mahmud”)
Qeyd: Sonuncu misra son nəşrdə “Sındı simli sazı, tara nə qaldı?” kimi verilir.
Azərbaycan dastanlarının leksikasıSəs-küy, qalmaqal, qovğa, dava-dalaş, həngamə.
Dialektlərdə yığıncaq, məclis mənalarında da işlənir.
Gəl biçarə Nəcəf, fəhm et alimlər həyatına,
Mərəkədə düşürərlər, minmə özgə atına,
Ustadına kəc baxanın lənət gəlsin zatına,
Müxtəsəri, bu sözlərim yaxşı, yaman üstədi.
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikası