ərəb. müxənnəs
Alçaq, namərd, qorxaq. (“Koroğlu” dastanının lüğəti)
Bu qılınc ilə müxənnətlər, namərdlər sənin əlindən dad çəkəcəklər. (“Alı kişi”)
*
Mərd igidlər, dava günü gəlibdi,
At sürüb meydana çıxan gündü bu.
Müxənnətlər tər savaşa varıbdı,
Vuruban atından yıxan gündü bu.
(“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim,
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi?
(”Koroğlunun qocalığı”)
*
Çənlibel dediyin dağlar damanı,
Müxənnətlər gəlsə çəkər amanı,
Başında nişanə aldım almanı,
Qorxutmadı hədəf, nişana səni.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Hədyan sözə bəli deməm,
Müxənnət çörəyin yeməm.
Qoy düşman bilsin mən kiməm,
Ballıcaya səfərim var!
(“Düratın itməyi”)
*
Qarqudan çəkilən onun boyudu,
Müxənnət olanun gözün oyudu,
Əsli köhlən, yoxsa Düldül soyudu,
Qırat, məni Çəmlibelə yetir, hey!
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıMüjə (kirpik) sözünün cəmidir; kirpiklər deməkdir. (“Koroğlu” dastanının lüğəti)
Klassik ədəbiyyatda və aşıq şeirində oxa bənzədilir.
Ay bimürvət, çıxdı canım,
Müjganların tökdü qanım,
Sənə qurban Nigar xanım,
Ay bu gələn yar olaydı!..
(“Həmzənin Qıratı aparmağı”)
*
Telli Nigar məlul durar,
Əl qoynunda boynun burar,
Müjganın sinəyə vurar,
Göz oxşayar, qaş inildər.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Koroğluyam, sözüm çoxdur,
Hansı igidin sonu yoxdur,
Sözlərim müjganlı oxdur,
Ocaq yanar, daş ingildər...
(“El aşıqları”)
Azərbaycan dastanlarının leksikası1. Göy cisimlərinin vəziyyət və hərəkətinə əsasən gələcəkdən xəbər vermək iddiasında olan şəxs; astroloq;
2. Astronomun köhnə adı. (“Koroğlu” dastanının lüğəti)
Axı Mirzə həm də münəccim idi. O, ulduzların sirrindən xəbər tuturdu. O, oğluna bildirdi ki, sənin taleyin çox parlaqdı, hamıya qalib gələcəksən. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikasıNurlu, işıqlı, parlaq, ziyalı. (“Koroğlu” dastanının lüğəti)
Nur, ənvər, ənvar sözləri ilə flektivlik baxımından qohumdur.
Aləmə münəvvər olubdu halı,
Xəstəyə dərmandı ləbinin balı,
Ona qurban olsun bu İsabalı,
Kim versə babamdan mənə bir xəbər.
(“Koroğlu ilə Bolu bəy”) (“Bolu–Şamaxı”)
Azərbaycan dastanlarının leksikasıİnsaf sahibi, mübahisəli bir məsələyə insafla hökm verən. (“Koroğlu” dastanının lüğəti)
İnsaf sözü ilə flektivlik cəhətdən qohumdur
Mərd igidlər müxənnətdən seçilsin,
Qarı düşmən dərələrə tökülsün.
Bizim aramızda münsif tapılsın,
And içmişəm bu gün döyüş olmasın.
(“Koroğlu ilə Dəli Həsən”)
Azərbaycan dastanlarının leksikasıÇıxıb getmək, azad olmaq. (“Koroğlu” dastanının lüğəti)
Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. (“Koroğlunun Ərzurum səfəri”)
*
Əhməd tacirbaşı paşanın yanından mürəxxəs olub, evinə gəldi. (“Koroğlunun Bayazid səfəri”)
*
Hasan paşa zəmini-ədəb öpüb, mürəxxəs olmaq istəyəndə xotkar dedi...(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası1. Dinsiz, imansız, öz dinini atmış, babi.
2. İnsafsız, zalım. Təhqir və söyüş kimi də işlənir. (“Koroğlu” dastanının lüğəti)
– Qoca kaftar, nə qədər dərinə saman təpdirməmişəm, bu mürtəd pəzəvəngin kim olduğunu söyləməlisən. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıİnsaf; insanlıq; mərdlik. (“Koroğlu” dastanının lüğəti)
Mən Dəli Həsənəm, ər havadarı,
Heç yaddan çıxarmı dostluq ilqarı?
Vuruşma zamanı, dava bazarı,
Olmaz heç insafım, mürvətim mənim.
(“Koroğlunun qocalığı”)
*
Osmanlı gördü, Koroğlu əlində nizə onun üstünə gəlir. Dedi:
– Əl saxla!
Koroğlu mürvət edib atın cilovunu çəkib dayandırdı. (Paris nüsxəsi, 7-ci məclis)
Azərbaycan dastanlarının leksikası