Ucu yonulmuş, sivrilənmiş odun və ya dəmir, bir şey bağlamaq üçün yerə çalınmış ağac parçası və s. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəy hər mənzilə çatdıqda çadırın qabağında mıxtövlə vurub Koroğlunun boynunun zəncirini ona bağlayırdı. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikası1. Büllur şüşə.
2. Qızıl və gümüşdən olan bəzək şeylərinin üstünə çəkilən xüsusi təbəqə, incə və parlaq naxış.
3. Məcazi mənada: mina kimi parlaq, gözəl. (“Koroğlu” dastanının lüğəti)
Bir mina gərdənli, durna boğazlı,
Bir alma yanaqlı, bir şəhla gözlü,
Tuti danışıqlı, qumru ağızlı,
Şirin dili canım aldı, Koroğlu!
(“Koroğlunun Ərzurum səfəri”)
*
Heç belə olurmu işlər,
Xəyalun guyimdə qışlar,
Bir əlində məzə dişlər,
Bir əlində mina gəldi.
(Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıərəb. əmir və fars. zadə sözlərindən
Savadı olan, yazı-pozu işləri ilə məşğul olan, məktub, ərizə yazan adam. (“Koroğlu” dastanının lüğəti)
Oradan çıxıb gedirdi, bir də gördü budu bir mirzə çeşməyini taxıb burnunun ucuna, əyləşib bir səkinin üstündə müştəri gözləyir. (“Koroğlunun İstanbul səfəri”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıBənzər, oxşar, tay. (“Koroğlu” dastanının lüğəti)
Misli-bərabəri, misli-manəndi şəklində də işlənir.
Mislin yoxdur, qızıl güldən təzəsən,
Yer hay, məlum, təzəsən, broy!
Sənə xoryat əli dəydi, sol sonam!
Bol, broy, broy!
(M.Elyas. “Nəğmələr kitabı”)
*
Amma mənə dediklərinin misli-bərabəri tapılmaz. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıTəxminən 4,26 qrama bərabər köhnə çəki vahidi. (“Koroğlu” dastanının lüğəti)
– Bu saat səni yola salacağam. De görüm, nə qədər ət istəyirsən? Bir çətvər ya alti misqal?
Oğlan dedi:
– Bir çətvər nədi? Sənə ağzımda söz deyirəm. Bir batman çək! (“Koroğlunun Qars səfəri”)
*
Eyvaz dedi:
– Bundan bir misqal keçiyə versən buynuzlarını itildib canavarla cəng edər, balığa versən, ticarət üçün yük vurub Həştərxan dənizinə gedər. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıMisri sözü ilə bağlı bir neçə yozum var: 1-ci fikrə görə, qılınc Misir ustaları tərəfindən düzəldilmişdir. (“Koroğlu” dastanının lüğəti)
Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə qeyd edir ki, bu qılıncın adının Misirlə əlaqəsi yoxdur. İldırım parçasından düzəldilən qılınc günəşlə, işıqla, odla bağlı mifik səciyyə daşıyır, Mitr-Misr-Mehrlə bağlıdır. Hümmət Əlizadə nüsxəsində misir qılınc şəklində işlənir.
Alı kişi ustanın haqqını verdi, bizi cibində gizlətdi. Daşın qalanını bir misri qılınc qayıranın yanına aparıb dedi:
– Usta, bundan mənə bir qılınc çək. (“Alı kişi”)
*
İgidin gərəkdü zatı,
Misri qılıc, Ərəbatı,
Bir mərdin yerində...
Qalxmaqdan qalxmamaq yeydü.
(Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikası1. Yorğanın, döşəyin, balışın alt üzü; üzü olmayan, üz çəkilməmiş yorğan, döşək, balış.
2. Məcazi mənada: köhnə, yıpranmış.
3. Məcazi mənada: tənbəl, aciz, bivec, işə-gücə yaramayan adam haqqında. (“Koroğlu” dastanının lüğəti)
Elə bir-iki dəfə əl tovlayan kimi gələnlərdən ikisi mitil kimi yerə düşüb cəhənnəmə vasil oldu. (“Koroğlunun Rum səfəri”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıSivriuclu dəmirdən, poladdan qayrılmış uzun saplı döyüş aləti; nizə. (“Koroğlu” dastanının lüğəti)
Mızrağının ucun salla,
Düşmənə demə “ey valla”.
Hər tərəfdən beş-on kəllə
Heç kəsib asdığın varmı?
(“Koroğlunun Ərzurum səfəri”)
*
Aləm bilsin: mən Əliyə nökərəm,
Düşmənin gözünə mızraq tikərəm,
Meydanda kəllədən bostan əkərəm,
İstə, Təkəlidən dəlilər gəlsin!..
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikası