1. Gedilən yolun bölündüyü hissələrdən hər biri; iki dayanacaq arasında məsafə.
2. Gedilən yer, yolun sonu.
3. Ümumiyyətlə, yol, məsafə.
4. Düşərgə yeri, dayanacaq. (“Koroğlu” dastanının lüğəti)
Uzaq ellərdən gəlmişəm,
Dindirmə məni, dindirmə!
Yarı mənzildə qalmışam,
Dindirmə məni, dindirmə!
(“Koroğlunun Qars səfəri”)
*
Elə ki arxayınlaşdı, day dalınca gəlib-eləyən yoxdu. Bir bulağın başında düşüb mənzil elədi. (“Koroğlunun Bayazid səfəri”)
*
Qarı düşmən güc gətirdi,
Qocaldım, Nigar, qocaldım.
Mənzilim başa yetirdi,
Qocaldım, Nigar, qocaldım.
(“Koroğlunun qocalığı”)
*
Pay-piyada, günə bir mənzil, təyyi-mənazil, orda ayla, illə, burda müxtəsər dillə, az getdi çox dayandı, çox getdi az dayandı, bir axşamüstü gəlib Çardaqlı Çənlibelə çatdı. (“Həmzənin Qıratı aparmağı”)
*
Düşmən mənzildən çıxıb yolun ortasına çatanda Qırat ayaqlarını yerə döyür. Düşmən yaxınlaşdıqca Qıratın ağzı köpüklənir, dırnaqları ilə yeri qazır. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıLazım olan yerə çatmaq, yolu başa çatdırmaq, qət etmək. (“Koroğlu” dastanının lüğəti)
O necə deyərlər, dağlar aşdı, dərələr keçdi, yel oldu, əsdi, mənzillər kəsdi, orda ayla, illə, burda müxtəsər dillə, günlərin birində gəlib Ruma çatdı. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası
1. Səs-küy, qalmaqal, qovğa, dava-dalaş, həngamə.
2. Məclis (toy, yas mərasimi). (“Koroğlu” dastanının lüğəti)
İndi əsl mərəkə burdadı. Ya Koroğluya verən Allah, ya mənə. (“Koroğlunun Bayazid səfəri”)
*
Lələ tez özünü meydana çatdırıb gördü ki, mərəkə dağılıb, bir neçə osmanlı İsabalının qolundan tutub hərəsi bir yana çəkə-çəkə onu evlərinə qonaq aparmaq istəyirlər. (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikasıAfərin!, barakallah! əhsən! (“Koroğlu” dastanının lüğəti)
Mərhəba, Bolu bəy! Elə mən bilirdim ki, bu işə axırda sən gedəcəksən. (“Həmzənin Qıratı aparmağı”)
*
Mərhaba! Mən səni qəsdən sınayırdım. Sağ ol. (“Qulun qaçmağı”)
*
Barakallah, səd mərhəba!..
Tez gələn beləmi əyləni?
Yaxşı yaradız qulluğa,
Tez gələn beləmi əyləni?
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıBir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə // məsləhət, gənəşmə. (“Koroğlu” dastanının lüğəti)
Cəfər paşa çox götür-qoydan, məsləhət-məşvərətdən sonra götürüb xotkara belə bir namə yazdı ki: “Qurbanın olum, Koroğlunun başını gətirmək təkbətəklikdə heç bir paşanın işi deyil”. (“Koroğlunun Ərzurum səfəri”)
*
Elə ki onlar gedib gözdən itdilər, dəlilər başladılar məşvərətə. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıərəb. məta
1. Əmtəə, satlıq mal.
2. Var-yox.
3. Sərmayə. (“Koroğlu” dastanının lüğəti)
Flektivlik baxımından əmtəə sözü ilə eyniköklüdür.
Tutubsan yükünü uca,
Sənsən tacirbaşı, xoca,
Mətahını soymayınca
Buraxmaram səni burdan.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun-Əli”)
Azərbaycan dastanlarının leksikası1. Arzu, istək, dilək.
2. Məsələ, məsələnin mahiyyəti, məğzi. (“Koroğlu” dastanının lüğəti)
Mətləbi anlayıb bilmək gərəkdir. (“Koroğlunun Ərzurum səfəri”)
*
Ələmqulu xan başladı söhbətə. Bir az oradan danışdı, bir az buradan danışdı, axırı mətləb üstə gəlib dəlilərdən üzrxahlıq elədi. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası1. Çərəz.
2. Məcazi mənada: ləzzət, dad, işvə, naz, yumor. (“Koroğlu” dastanının lüğəti)
Nigar xanım nazla sallana-sallana hovuz qırağına gəldi. Kənizlərdən kimisi ona kabab verirdi, kimi məzə. (Paris nüsxəsi, 4-cü məclis)
*
Qoy paşanın durnalarından tutub gətirib kabab çəksinlər, Eyvaz o kababları məclisə versin, biz de yeyib məzə edək. (Paris nüsxəsi, 9-cu məclis)
*
Səhər-səhər çəmənlərdə gəzərsən,
Yer hay, məlum, gəzərsən, broy!
Bolu bəyin məclisində məzəsən,
Məzəsən, broy, broy!
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası