Ordu, qoşun. (“Koroğlu” dastanının lüğəti)
Yoxsa onun yeddi min yeddi yüz yetmiş dəlisi var ki, hərəsi bir ləşkərə bərabərdir. (“Koroğlunun Ərzurum səfəri”)
*
Telli deyir, ləşkər çoxdu burada,
At oxların, sinəm qoyum arada
Qoç Koroğlu yol gözləyir orada,
Dur get, əcəm oğlu, qalma bu yerdə!
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)
Azərbaycan dastanlarının leksikasıPaltar, geyim. (“Koroğlu” dastanının lüğəti)
Tutulur məclisdə igidin yası,
Kar görmür qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
(“Koroğlunun qocalığı”)
*
Libasın əlvan geyənlər,
Donluğun mənnən yeyənlər,
Adına dəli deyənlər,
Dost üçün can qoyan gəlsin!..
(“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)
*
Koroğlu durub namazını qıldı, dava libasını geyinib atların ikisini də yəhərləyib həyətdən çıxdı. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası