1. Çağırışa cavab.
2. Səs-küy, hay-küy, qarmaqarışıqlıq. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə kömək, xəbər mənalarında da işlənir.
Hay düşdü şəhərə. (“Koroğlunun Dərbənd səfəri”)
*
Baxmaram düşmən hayına,
Haqq bəla versin xayına,
İgid igidin payına
Köndələn düşməmək gərək.
(“Koroğlu ilə Dəli Həsən”)
Azərbaycan dastanlarının leksikası1. Haylamaq, səsləmək, çağırmaq.
2. Qışqırmaq, çığırmaq, səs-küy salmaq, köməyə çağırmaq. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu deməz yalanı,
Hay vursam ölkən talanı,
Leş-leşin üstə qalanı,
Leşdi qalanın yolları.
(“Həmzənin Qıratı aparmağı”)
*
Çənlibel dəydi bir-birinə. Eyvaz hay vurdu, iki min dəli belə ayrıldı. Dəmirçioğlu hay vurdu, iki min dəli belə ayrıldı. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası1. Tab, taqət, hey, qüvvət, iqtidar.
2. İstehza, rişxənd bildirir.
3. Baş üstə, sevə-sevə, təbii, nədən olmasın, əlbəttə, şübhəsiz. (“Koroğlu” dastanının lüğəti)
Dastanda 3-cü mənada rast gəlinir.
Hay-hay deyib tövlələrdə yatandı,
Hansı düşmanları atdan atandı?
Koroğlunu al dil ilə tutandı,
Ölər əcəm oğlu, getməz bu yerdən.
(“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıTaytımaq, axsamaq. (“Koroğlu” dastanının lüğəti)
Bir də gördü budu bir çolaq tacir qıçını yel tutmuş qoca qatır kimi haytıya-haytıya qaçır. (“Koroğlunun İstanbul səfəri”)(İ.A., B.A.)
*
Qolu, qıçı əzilmiş, haytıya-haytıya bir təhər ki, atına minib Türkmana tərəf yola düşdü. (“Koroğlunun Türkman səfəri”)(İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası