türk. halqa, fars. mərəkə
Mühasirə. (“Koroğlu” dastanının lüğəti)
Camaatın arasına qarışıb meydanı elə halqa-mərəkə eləyərsiniz ki, misri qılınclar çəkiləndə bir adam da tərpənə bilməsin. (“Durna teli”)
*
Paşa qoşun böyüyünü çağırıb əmr verdi ki:
– Bu saat qoşun götürüb meydanı halqa-mərəkə elə! Hər nə təhər olsa, gərək onu tutub gətirəsən mənim yanıma. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı.
2. Qadın bəzəyi. (“Koroğlu” dastanının lüğəti)
Ərzurumun bazarına varanda,
Oğul, bir şəhərdir, gölə nisbətdir.
Çox silah götürmək başa bəladır,
Qılınc hamayıldır, belə nisbətdir.
(“El aşıqları”)
*
Koroğlu sözünü qurtaran kimi Mustafa bəy Dəmirçioğluya dedi:
– Qılımcını boynundan hamayıl elə.
Mustafa bəy özü də qılıncını boynundan həmayıl edib dedi:
– Mən belə kişiyə qulağı sırğalı qulam! (Paris nüsxəsi, 11-ci məclis. )
Azərbaycan dastanlarının leksikasıər. haram, fars. zadə
Fırıldaqçı, kələkbaz, hiyləbaz, bic, yaramaz, tülüngü. (“Koroğlu” dastanının lüğəti)
Amma getməmişdən iki dənə çoxbilmiş, haramzada iş gördü. (“Koroğlunun Bayazid səfəri”)
*
Koroğlunu çox haramzada deyirlər. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Allah eləməsin, Allah göstərməsin, iraq olsun. ...uzaq.
2. Əsla, qətiyyən, heç vaxt. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu çəkər haşani,
Bəylər edər tamaşanı,
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.
(“Durna teli”)
*
Vuram xotkar, tutam paşa
Xanlar məndən çəkər haşa,
Bu dövranım vara başa
Sönməyən çırağım ola!..
(“Qulun qaçmağı”)
*
Haşa, sevdiciyim, gəl etmə haşa,
Əgər qismətimsən, yetüşər başa,
Bu sözü söylədi ol Dona paşa,
Dur get, əcəm oğlu, qalma bu yerdə.
(Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası