1. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı // ümumiyyətlə, haça şəklində olan.
2. Dustaqların qaçmaması üçün istifadə olunan əşya. (“Koroğlu” dastanının lüğəti)
Haça boyuna, kündə isə ayağa vurulur.
Bir atı var Alapaça,
Aman vermir Qırat qaça,
Şeşpərinin ucu haça,
Giziroğlu Mustafa bəy.
(“Durna teli”)
*
Xacənin boynuna haça, ayağına kündə vurub zindana apardılar. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıBir ölkənin başında duran, onu idarə edən (padşah, hökmdar, xan və s.). (“Koroğlu” dastanının lüğəti)
Yeddi yüz nəfər Göycəbeldə Koroğlunun başına yığışdı. O vaxt Azərbaycan hakiminə xəbər çatdı ki, Göycəbeldə Koroğlu adlı bir nəfər yeddi yüz igid oğul ilə yurd salıb. (Paris nüsxəsi, 2-ci məclis)
Azərbaycan dastanlarının leksikasıXəbərdar, agah. (“Koroğlu” dastanının lüğəti)
Xotkarın fərmanından onları hali eləyib sonra da öz naməsini oxudu. (“Koroğlunun Ərzurum səfəri”)
*
Oğru dedi:
– Qardaş, bircə məni hali elə görüm, sən kimsən? Nəçisən?
Koroğlu dedi:
– Mən Koroğluyam. (“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikası