Fransız sözünün danışıqda işlənən variantı. (“Koroğlu” dastanının lüğəti)
Firəng şüşəsindən ağdı qolları,
Göyün ulduzuna bənzər xalları,
Saf güləbətintək siyah telləri,
Yayılanda dal gərdana yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)
*
Koroğlu firəng oğlunun qollarını iplə möhkəm bağlayıb bir yabının üstünə qoydu. Sonra firəng oğlunun pərən-pərən düşmüş fərraşlarına hökm edib dedi... (Paris nüsxəsi, beşinci məclis)
Azərbaycan dastanlarının leksikasıKəsik konus şəklində, əsasən, qırmızı rəngli, qotazlı baş geyimi. (“Koroğlu” dastanının lüğəti)
Mərakeşdə olan Fəs şəhərinin adının apelyativləşməsi (ümumiləşməsi) nəticəsində yaranmış sözdür.
Dünən buralarda başlarında qotazlı fəs, əyinlərində qırmızı şalvardan çox görüblər. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikasıDöşənəcək (xalça, palaz, cecim və s.). (“Koroğlu” dastanının lüğəti)
Koroğlu evə girib gördü ki, yaxşı otaqdı, amma fərşi köhnədi. Əlini cibinə salıb bir ovuc qırmızı, bir az ağ pul çıxarıb qarının ətəyinə töküb dedi:
– Ay ana, bu pulları götür bazara get, özünə bir fərş al, gəti otağını döşə.
Qarı tez bazara gedib yaxşı bir fərş aldı, hambala verib evə gətirdi. Qarı Koroğlunun köməyilə fərşi otağa döşədi. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıMüxtəlif tapşırıqlar yerinə yetirən xidmətçi. (“Koroğlu” dastanının lüğəti)
Bəli, fərraşlar xəbər apardılar xana ki, bəs bu oğlan gəlib bu nəmdə, bu nişanda, səni görmək istəyir. (“Koroğlunun Dərbənd səfəri”)
*
Fərraşlar bir göz qırpımında firəng oğlunun bütün var-dövlətini yüklədilər. Koroğlu fərraşları, yüklənmiş atları qabağına qatıb yola düzəldi. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıHökmdarın yazılı əmri. (“Koroğlu” dastanının lüğəti)
Xotkarın fərmanı budu ki, sənin ya başını aparam, ya özünü. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək. (“Koroğlunun Ərzurum səfəri”)
*
İgid olan etməz xata,
Qoç gərək pusquda yata,
Xan Eyvaz min Ərəb ata,
Bəlli Əhməd fərmana gəlir.
(“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikasıfars. fənd, ər. feil
Hiylə, kələk, fırıldaq, dolab, qurğu. (“Koroğlu” dastanının lüğəti)
Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava dəsgahının min bir fənd-felini sinədəftər eləmişdi. (“Həmzənin Qıratı aparmağı”)
*
İndi biz gərək burda düşüb səhəri gözləyək. Koroğlunun fənd-felindən baş açmaq olmaz. (“Koroğlu ilə Bolu bəy”)
*
Qarı düşmən, fənd-felini bilirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Saat yarım sizə möhlət verirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıHiylə, kələk, fənd, fırıldaq. (“Koroğlu” dastanının lüğəti)
Mən anadan mərd olmuşam,
O Çənlibeldən gəlmişəm,
Koroğluyam, at minmişəm,
Yüz min belə fellərim var.
(“Həmzənin Qıratı aparmağı”)
*
Uyma yağının felinə,
Gərək Koroğlu bilinə.
Qızıb Ərzurum elinə
Bir vəlvələ salar indi.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası