ərəb. məfrəş
Yorğan-döşək, xalça-palaz və s. qablamaq üçün palaz kimi toxunmuş dördkünc çuval, kisə.
Formaca sandığa bənzəyir.
Mən üzmərəm mərd əlindən əlimi,
Yoxdu bədəsilə tanrı ölümü.
İldə ancaq qəpik olmaz gəlimi,
Yük yığanda beş farmaşdan danışar.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
Azərbaycan dastanlarının leksikası1. Çin imperatorlarının titulu.
2. Farfor, çini qab; məcazi mənada: gözəl qab-qacaq.
Sevdiyimin hüsnü qüreyşin nuri,
Kənanın Yusifi, Çinin fəqfuri,
Deyirlər, behiştdə çox olur huri,
Onlar da köhnəlib, yar təzə-tərdi.
(“Abbas və Gülgəz”)
*
Dastanda toponim kimi də işlənir:
Şəhrzardan çıxıb yetdim Fəxfura,
Gəzdim Türkü, Misri, yetişdim bura.
(“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıAyrılıq, hicran, firqət.
Ay təbib, əl vurma, haqqı sevərsən,
Nə xəstəyəm, nə də yaralıyam mən.
Bir alagözlünün fərağındayam,
Pünhanı eşqindən saralıyam mən.
(“Sam şahzadə”)
*
Nədir iltimasın, gülüzlü oğul?
Qoymaram gözümdən iraq olasan.
Sənsiz mən dözmərəm dərdə, fərağa,
Qoymaram gözümdən iraq olasan.
(“Şahzadə Bəhrəm”)
Azərbaycan dastanlarının leksikası