ərəb. dəbbağ
1. Heyvan dərilərindən gön və meşin hazırlamaqla məşğul olan usta.
2. Dabbağxana (dabbağxanada(dabbağda) gönünü tanımaq, gönünə bələd olmaq). (“Koroğlu” dastanının lüğəti)
– Bolu bəy, mən neçə illərlə buna mehtərlik eləmişəm. Mən bunun dabbaxda gönünü görsəm tanıyaram. Necə yanı qoruqçudu. Koroğludu, lap bir də üstündən. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıAğacın şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. (“Koroğlu” dastanının lüğəti)
Bülbül uçdu dalumuzdan,
Heç baş çəkməz halumuzdan,
Qırat getdi əlimizdən:
Yarəb, bir də gəlirmi ola?
(M.Elyas. “Nəğmələr”)
*
Koroğlu “Misri qılınc o vaxt əldə dal olur” deyəndə Dəli Mehtər başa düşdü ki, qılınclarla biçin deyir. (Paris nüsxəsi, 10-cu məclis)
*
Qarşı yatan qarlı dağlar,
Mənim səndə yarum qaldı.
Əlim yetməz gülün dərəm,
Dal budaqda narum qaldı.
(Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası