Qalib gəlmək, məğlub etmək. (“Koroğlu” dastanının lüğəti)
Adımı neynirsən? Basmısan, kəs! (“Koroğlunun Dərbənd səfəri”)
*
Koroğlu dedi:
– İgid, bu dəfə basdım, kəsəcəyəm. (“Koroğlunun Dərbənd səfəri”)
Mayalamaq, mayalandırmaq (heyvanlar haqqında). (“Koroğlu” dastanının lüğəti)
Bir gün ilxıçılardan biri Mirzəyə xəbər gətirdi ki, Ceyhun çayından bir at çıxıb iki madyana basıb, sonra qayıdıb suya giriblər. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası20 girvənkəyə (8 kq) yaxın çəki ölçüsü. (“Koroğlu” dastanının lüğəti)
Oğlan dedi:
– Bir çətvər nədi? Sənə ağzımda söz deyirəm. Bir batman çək! (“Koroğlunun Qars səfəri”)
*
Çoban əlinə keçən mıxı çomağın başına çalmışdı. Çomaq bir batman yarım ağırlığında olardı. (Paris nüsxəsi, 3-cü məclis)
*
Tuluğun dibində bir batman yarım – iki batman şərab qalmışdı. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıBir şeyin həvəskarı, maraqlısı, hərisi (çox vaxt sözlərin sonuna artırılır: quşbaz, itbaz və s.). (“Koroğlu” dastanının lüğəti)
Deyərlər ki, hərə bir şeyin bazı olar. (“Qulun qaçmağı”)
Alıcı quş, tərlan, qızılquş. (“Koroğlu” dastanının lüğəti)
Baz da der ki, bəni bəylər götürür,
Üstümüzə ala seyvan örtdürür,
Sənin bağun bir atmaca götürür
Yeri, var get, hey quşların cürəsi.
(M.Elyas, “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikasıəsli: fars. bad, burut
Görkəm, boy-buxun, bədən quruluşu. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəy ondan soruşdu:
– De görüm, kimsən?
Koroğlu özünü cəmləşdirib dedi:
– Qoruqçuyam.
Bolu bəy bir onun bazburutuna baxdı, bir boy-buxununa baxdı, dedi:
– Kimin qoruqçususan? (“Koroğlu ilə Bolu bəy”)
*
Hər yüz tümənə on beş tümən, hər yüz tümənə on beş tümən. Eyvaz şübhələndi. Bir Koroğlunun bazburutuna baxdı, bir bığlarına baxdı... (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikasıfars. bazu – qolun çiyindən dirsəyə qədər olan hissəsi + bənd – bağ
1. Qolbaq, bilərzik.
2. Döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.
3. İçərisinə dua və s. qoyulub qola bağlanan məhfəzə (meşin və ya parça). (“Koroğlu” dastanının lüğəti)
Nigar xanım qolundan bazubəndini də açıb ona verdi. (“Koroğlunun İstanbul səfəri”)
*
Axırda bazubəndini açıb verdi Möminə xanıma. (“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası