1. Şərab, çaxır.
2. Məcazi mənada: şərab piyaləsi. (“Koroğlu” dastanının lüğəti)
Məhəbbət dastanlarında buta mənasında da işlənir. Buta verilmiş adamları badəli də adlandırırlar.
Bolu bəy irəli yeriyib badənin birini Hasan paşadan aldı. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıBax: bağban. (“Koroğlu” dastanının lüğəti)
Dəlilər sana düzülər,
Əlim əlindən üzülər,
Bağman ölsə, bağ pozular,
Məntək gülü solan yoxdu.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Əndamı gümüşdən, kağızdan ağdı,
Sinəmə çəkdiyi düyündü, dağdı.
O qoynunun içi cənnətdi, bağdı,
Qədir bilən bir bağmana yaraşır.
(“Koroğlunun Ərzurum səfəri” (“Dəli-Həsənbala”)
Azərbaycan dastanlarının leksikasıUduzmaq, itirmək, əldən çıxarmaq. (“Koroğlu” dastanının lüğəti)
Xəbər gəlib padşaha çatdı ki, bəs Koroğlu adamlarının hamısını qırıb, özü də təzədən Çənlibelə dönüb. Padşah baxdı ki, oyunu baxtalayıb, başladı qorxmağa ki, indi Koroğlu təzədən başına adam yığsa, day öhdəsindən gəlmək olmayacaq. (“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikasıərəb. bəqqal
Keçmişdə ərzaq malları satan dükançı. Rus dilində бакалейная sözü buradandır. (“Koroğlu” dastanının lüğəti)
Düyünü baqqaldan alıb tökdü torbaya. (“Koroğlunun Qars səfəri”)
*
Almaçı şam üçün yağ-düyü alanda baqqala dedi, yaxşısından, Koroğluya layiq olandan ver. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıfars. bar – yük + xana – ev
Ev şeyləri, ev ləvazimatı, müxəlləfat, dir-dirilik; başqa bir yerə aparılmaq üçün yığılıb bağlanmış şeylər. (“Koroğlu” dastanının lüğəti)
Qarı deyir gəl al məni,
Nə əcəb xoş səfası var.
Ölərəm, dönmərəm səndən,
Bir şələ barxanası var.
(“Həmzənin Qıratı aparmağı”) (“Bozalqanlı”)
Azərbaycan dastanlarının leksikasıSaray; padşaha məxsus imarət // padşahın qəbul otağı. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu cəld mirzənin əbasını, əmmaməsini soyundurub onu geyindi, əlinə də bir təsbeh alıb düzəldi xotkarın barigahına tərəf. (“Koroğlunun İstanbul səfəri”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası